KİV: Makronun bütün kəşfiyyat strukturu deşifrə olunur
Fransa Prezidenti Emmanuel Makronun bütün kəşfiyyat strukturu deşifrə olunur.
"Report" "Haber Global"a istinadən məlumatına görə, bu barədə "Intelligence Online" nüfuzlu xəbər saytında dərc olunan məqalədə deyilir.
Qeyd olunub ki, "Qaranlıqlar şahzadəsi" kimi tanınan Aleksandr Benallanın da təmsil olunduğu kəşfiyyat qrupunun fokuslandığı əsas nöqtələr Balkanlar və Yaxın Şərqdir.
"Intelligence Online" Makronun getdikcə daha çox kəşfiyyat yönümlü xarici siyasət yürütməyə başladığını bildirir.
Məqalədə Makron, həmçinin ölkə tarixində kəşfiyyat strukturuna ən çox səlahiyyət verən prezident kimi xarakterizə edilib.
Hərbi ekspertlər bildirirlər ki, ölkəni faktiki olaraq agentlər idarə edir. Mənbələr Makronu hakimiyyətə gətirən və onun hakimiyyətdə qalmasını təmin edən qüvvələr arasında kəşfiyyat dairələrinin xüsusi rolunun olduğunu vurğulayır.
Məqalədə qeyd olunub ki, Makron hər il kəşfiyyata ayrılan büdcəni artırır. 2017-ci ilin büdcəsi 2,4 milyard avro olub. 2023-cü ildə isə 3,1 milyard avroya yüksəlib:
"Həmin vaxt, həmçinin kəşfiyyat orqanlarında çalışanların sayı 13 faiz artıb. Makron tərəfindən yaradılan Milli Kəşfiyyat və Terrorla Mübarizə Koordinasiya Bölməsi böyüməyə davam edir. Bölmənin rəhbər işçilərinin sayı 6-dan 30-a çatdırılıb. Yelisey sarayına yaxın mənbələr Makronun kəşfiyyat işçilərinə həftəlik xarici siyasət missiyası verdiklərini bildirir. Xidməti yazışmalarda adlar əvəzinə "P3" və ya "E3" kimi kodlardan istifadə olunur".
Məqalədə Makronun Azərbaycana da kəşfiyyat qrupu göndərdiyi iddia olunub. Bildirilib ki, Azərbaycan öz növbəsində Fransaya qarşı çox uğurlu əks-kəşfiyyat aparır. Belə k, Paris indiyədək Bakıda öz planlarını həyata keçirə bilməyib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













