Bakıda keçiriləcək aqrar sərgilərdə KOB-lar üçün xüsusi stend qurulacaq
Far.Az xəbər saytı

Bakıda keçiriləcək aqrar sərgilərdə KOB-lar üçün xüsusi stend qurulacaq


Mayın 13-16-də Bakı Ekspo Mərkəzində keçiriləcək 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi ("İnterFood Azerbaijan") sərgilərində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.

Bu barədə BAKU.WS KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək.

Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgidə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.

Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 5 may 2025-ci il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "Caspian Agro" və ya "İnterFood Azerbaijan" qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
The Independent: Azərbaycan çayı COP29-da mədəniyyət rəmzi və iqlim dəyişikliyi çağırışı kimi
Orxan Məmmədov: "KOB-ların yaşıl transformasiya sahəsindəki problemləri universal xarakter daşıyır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər