Çin ABŞ rüsumları ilə bağlı ÜTT-də məsləhətləşmələr başladır
Çin ABŞ-nin onlara qarşı təkrar rüsumlarını müzakirə etmək üçün Ümumdünya Ticarət Təşkilatında (ÜTT) rəsmi şəkildə məsləhətləşmələr tələb edib.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.
"Çin ABŞ-nin aprelin 5-dən bütün ticarət tərəfdaşlarından idxala 10 %, aprelin 9-dan isə Çindən idxala əlavə 34 % rüsum tətbiq edəcək addımları ilə bağlı ABŞ ilə bağlı ÜTT mübahisələrinin həlli üzrə məsləhətləşmələr tələb edib", - bəyanatda deyilir.
Çin tərəfi iddia edir ki, bu addımlar ABŞ-nin 1994-cü ildə qəbul edilən "Tariflər və Ticarət üzrə Baş Saziş" (GATT) və bəzi digər sazişlər üzrə öhdəliklərinə uyğun gəlmir.
Bəyanatda qeyd edilir ki, bu demarş tərəflərə mövcud vəziyyəti müzakirə etmək və məqbul həll yolu tapmağa çalışmaq imkanı verir. 60 gündən sonra məsləhətləşmələr nəticə vermədikdə, məsələ mübahisələrin həlli üzrə xüsusi komissiyaya göndərilə bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
-
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər













