"Fənərbağça" transfer danışıqlarına başlayıb - İki futbolçunu saxlamaq istəyir
"Fənərbağça" çempionluq yarışında "Qalatasaray"la mübarizəni davam etdirərkən, növbəti mövsüm üçün də transfer işlərinə başlayıb.
BAKU.WS xəbər verir ki, İtaliya mətbuatı "Fənərbağça" ilə "Yuventus" arasındakı transfer danışıqlarını açıqlayıb.
"Fənərbağça"nın serb futbolçusu Filip Kostiç kluba keçdikdən sonra bu mövsüm komandanın ən önəmli oyunçularından birinə çevrilib.
Sol cinahdakı oyunu ilə klubun əsas oyunçusu olan və əhəmiyyətli qol töhfələri verən 32 yaşlı futbolçu bu mövsüm 29 matçda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Baş məşqçi Joze Mourinyo da Filip Kostiçi komandada saxlamaq istəyir. Mourinyo Kostiçin komandada qalması üçün rəhbərliyə xüsusi müraciət edib.
"Yuventus" rəhbərliyi də Kostiçin növbəti mövsüm komandada olacağını düşünmür. Turin təmsilçisi Kostiç üçün 4 milyon avroluq transfer haqqı tələb edib, 5,5 milyon avroluq maaşından qurtulmaq üçün futbolçunun "Fənərbağça"ya satılmasına müsbət yanaşıb.
İstanbul klubunun rəhbərliyinin tezliklə Kostiçin meneceri Alessandro Lucci ilə görüşəcəyi və futbolçu ilə 2+1 illik müqavilə imzalamaq üçün danışıqlara başlayacaq.
Klubun digər hədəflərindən biri slovakiyalı Milan Şkriniardır. "Fənərbağça" onun da transferində qərarlıdır. İstanbul təmsilçisində uğurlu mövsüm keçirən müdafiəçinin məxsus olduğu PSJ ilə 10 milyon avro civarında transfer danışıqları aparılır.
Slovak futbolçunun transferi ilə bağlı iki problem var. Birincisi, ulduz futbolçunun illik maaşı 12 milyon avrodur. Digəri isə futbolçu ilə "Atletiko Madrid", "Milan" və "Tottenhem" kimi nəhənglərin maraqlanmasıdır. Bu komandaların da mövsümün sonunda PSJ-nin qapısını döyəcəyi gözlənilir. "Fənərbağça" rəhbərliyi nəyin bahasına olursa-olsun Şkriniarı klubda saxlamaqda qərarlıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Joze Mourinyo karyerasını İngiltərədə davam etdirə bilər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













