Bakıda fəhlə "Range Rover"dən 16 min oğurladı - 130 manata gödəkçə aldı
Bakıda avtomobil yuma məntəqəsində "Range Rover"dən 10 min dollara yaxın pul oğurlayan şəxsə hökm oxunub.
BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Nəzər Y. fəhlə kimi işlədiyi "moyka"da Eldəniz adlı müştərinin "Range Rover" markalı avtomobilindən 10 min dollara yaxın pul götürməkdə ittiham edilərək saxlanılıb. Hadisə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində avtoyuma məntəqələrindən birində baş verib.
Belə ki, zərərçəkmiş şəxs özünə məxsus "Range Rover" markalı avtomobili gecə saatlarında yuyulmaq üçün "moyka"ya verib. Hadisənin səhəri gün zərərçəkmiş avtomobili ilə rayonların birinə gedib. Orada məlum olub ki, Nəzər Y. adlı şəxs onun maşınından 9400 dollar (15980 manat ) pul oğurlayıb.
Təqsirləndirilən şəxs pulu oğurladıqdan sonra özünə 130 manata gödəkçə və 45 manata ayaqqabı alıb. Daha sonra "Memar Əcəmi" metrostansiyasının yaxınlığında özünə kirayə ev tutub. Puldan 1100 dollarını xərclədikdən sonra 8300 dolları zərərkəmişə qaytardığı zaman həbs edilib.
Məhkəmənin qərarı ilə, Nəzər Y. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli müəssisədə çəkəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb













