ADY Astara terminalının inşası üzrə işlərin böyük hissəsini tamamlayıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara terminalının (İran ərazisində) tikintisi üzrə əsaslı işlər görüb.
ADY-dən BAKU.WS-ə bildirilib ki, terminalın layihələndirmə işlərinin 85 faizi, tikinti-quraşdırma işlərinin isə 72,4 faizi başa çatdırılıb.
Astara stansiyasından İran ilə sərhədə qədər 8,3 kilometr dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində 7 ədəd körpünün tikintisi nəzərdə tutulur. Körpülərdən birinin inşası tam yekunlaşıb, digərlərinin tikintisi üzrə işlərin 90 faizi başa çatıb.
Astara terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.
Astara terminalı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara terminalının inşasına start verilib.
Terminal İranın Astara şəhərində Azərbaycan–İran sərhədindən 1,4 kilometr məsafədə yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.
Qalereya
Oxşar xəbərlər
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı













