Bağanıs Ayrım kəndindən olan zərərçəkmiş: "Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər"
Far.Az xəbər saytı

Bağanıs Ayrım kəndindən olan zərərçəkmiş: "Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər"


Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Ramiz Adıgözəlov 39 günlük körpəsinin ermənilər tərəfindən qətlə yetirildiyini bildirib.

Far.Az xəbər verir ki, Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini olan zərərçəkmiş hadisənin 1990-cı il martın 23-dən 24-nə keçən gecə baş verdiyini deyib.

Onun sözlərinə görə, xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar.

O, həmin gün 6 kənd sakininin və bir milis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər