Maka Boçorişvili: Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi
Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalyada jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu görüş iki ölkə arasında münasibətlər baxımından vacib məsələlərin müzakirəsi üçün əhəmiyyət daşıyır:
"Antalya Diplomatik Forumu Cənubi Qafqaza diqqətin artması üçün mühüm fürsətdir. Forum çərçivəsində Cənubi Qafqaz regionu əsas müzakirə mövzularından biri olacaq".
Nazir bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin foruma qatılması regional əməkdaşlıqla bağlı baxışların birgə müzakirəsi üçün imkan yaradacaq.
"Bu, Gürcüstanın mövqeyini səsləndirmək, regionda sülh və təhlükəsizliyin təmininə töhfə vermək üçün önəmli fürsətdir", - M.Boçorişvili qeyd edib.
O həmçinin bildirib ki, forum çərçivəsində Gürcüstanın Baş naziri liderlər panelində çıxış edib və ölkə üçün aktual məsələlər barədə danışmaq imkanı əldə edib.
"Azərbaycan Prezidenti ilə keçirilən görüş iki ölkə arasında münasibətlər baxımından vacib məsələlərin bir daha müzakirəsi üçün əhəmiyyət daşıyır", – M.Boçorişvili əlavə edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













