Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb
Far.Az xəbər saytı

Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb


Mingəçevir şəhərində minik avtomobilində başlanan yanğın fərdi yaşayış evinə sıçrayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi, Bahar küçəsi 17 ünvanında qeydə alınıb.

Ev sahibəsi Qənirə Kərimova bildirib ki, əvvəlcə həyətdə olan "Opel" markalı avtomobil yanıb. Daha sonra alov 3 otaqlı evə keçib. Yanğında ev əşyaları da yanıb.

Hadisə zamanı qadın qızı və nəvələri ilə evdə olublar. Ailə pəncərələrdən çıxaraq xilas olub.

Yanğın hadisəsində yaralanan olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər