Rusiyada dəhşətli hadisə
Rusiyanın Krasnoyarsk vilayətinin Kansk şəhərində psixoloji problemləri olan bir ana dəhşətli cinayət törədib. 29 yaşlı Valentina Mytko üç azyaşlı övladını balta ilə qətlə yetirib. Hadisədən sağ qalan yeganə övladı – 7 yaşlı oğlunu isə valideynlərinin evinə apararaq nə etdiyini etiraf edib.
Far.Az sondakika-ya istinadən xəbər verir ki, faciə 14 aprel tarixində baş verib. Mytko 4 yaşlı qızını, 8 yaşlı oğlunu və cəmi 7 aylıq körpəsini amansızlıqla öldürüb. Qonşular evdən gələn çığırtıları eşitdiklərini, xüsusilə 8 yaşlı uşağın yüksək səslə qışqırdığını bildiriblər.
Məktəbdən evə dönən 7 yaşlı oğul bu dəhşətli mənzərə ilə üz-üzə qalıb, lakin rəsmi məlumatlara görə cinayətin baş verdiyi otaqda olmayıb. Mytko daha sonra oğlunu götürüb valideynlərinin evinə gedib, orada ağlayaraq törətdiyi cinayətləri etiraf edib. Qadının atası evə qayıdaraq nəvələrinin meyitlərini tapdıqdan sonra dərhal polisə məlumat verib.
İlkin istintaq zamanı Mytko əməlinin səbəbini izah edə bilməyib, lakin sağ qalan övladına "baxacaq gücünün qalmadığını" deyib. Hadisə qadının həyat yoldaşı işdə olduğu vaxt baş verib.
Araşdırma zamanı uşaqların baş və bədən nahiyələrinə çoxsaylı balta zərbələri endirildiyi məlum olub. Qətli törətməkdə istifadə olunduğu ehtimal edilən paslı balta da hadisə yerindən tapılıb.
Hadisə ilə bağlı daha bir faciəvi məqam isə sosial xidmət orqanlarının məsuliyyətsizliyidir. Məlumata görə, qadına paranoid şizofreniya diaqnozu qoyulmuş, uşaqların təhlükə altında olduğu bilinsə də, heç bir tədbir görülməyib. Bu səbəbdən sosial xidmət əməkdaşları səhlənkarlıqda ittiham olunurlar.
Hadisə bir daha psixoloji problemləri olan şəxslərin vaxtında və lazımi tibbi yardımı almasının, eləcə də təhlükə altındakı uşaqların qorunmasının nə qədər önəmli olduğunu göstərir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













