Prezidentin köməkçisi: Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu
Azərbaycan qətiyyətli addımlar və məsuliyyətli dövlət idarəçiliyi ilə münaqişəyə özü son qoydu.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində deyib.
O qeyd edib ki, Azərbaycanın yanaşması yalnız münaqişəni sonlandırmayıb, həm də Cənubi Qafqazda uzunmüddətli barışığın və sülhün təməlini qoyub:
"Keçid ədaləti hər post-münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir.
Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət bərqərar olacaq. Bu, hər bir münaqişədən sonrakı prosesin əsas tərkib hissəsidir. Azərbaycan Cənubi Qafqaz regionunda beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb".
Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa mərhələsinə qədəm qoyur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













