Noxudun içindən yad cisim çıxdı
Far.Az xəbər saytı

Noxudun içindən yad cisim çıxdı


Azərbaycanda fəaliyyət göstərən marketlərin birindən alınan konservləşdirilmiş noxudun içərisindən yad cisim çıxıb. 

BAKU.WS xəbər verir ki, bununla bağlı vətəndaş şikayət edib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, yayılan görüntü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb:

"Məsələ Agentliyin regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə və ya "E-Qidam" mobil tətbiqi ilə məlumat versinlər."

"Azersun Holding" MMC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bizim Tarla məhsulu istehsal prosesi zamanı bir neçə mərhələ yoxlamadan keçir:

"X-ray və digər avadanlıqlar məhsulun tərkibində yad cism olarsa onu aşkar edib məhsulu istehsal xəttindən kənarlaşdırır. Daxil olan bu şikayətlə bağlı məsul departamentlərə məlumat verilib, məhsul geri təhvil alınaraq zəruri araşdırma aparılacaq."

Məsələ ilə bağlı araşdırılma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Azersun Holding”in rəhbəri Abdolbari Gozal vəfat edib
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər