Vəzifəli şəxs həbs edildi: Ölkəyə gətirilən maşınları rüşvət alıb aşağı qiymətə rəsmiləşdirirmiş
Far.Az xəbər saytı

Vəzifəli şəxs həbs edildi: Ölkəyə gətirilən maşınları rüşvət alıb aşağı qiymətə rəsmiləşdirirmiş




Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan inspektoru Şahin Rövşən oğlu İskəndərov kassasiya şikayəti verib.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, sabiq inspektor Ali Məhkəməyə müraciət edib. Onun işinə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclası 30 yanvar 2025-ci il tarixinə təyin olunub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin inspektoru İskəndərov Şahin Rövşən oğlu qanunsuz əməllərinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

İstintaq zamanı Şahin İskəndərovun ölkəyə gətirilən avtomobillərin gömrük dəyərinin aşağı qiymətə rəsmiləşdirilməsi müqabilində birbaşa və kart hesabına köçürülmə yolu ilə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İskəndərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Oxşar xəbərlər

Cəlilabad arxiv idarəsinin rüşvətə görə tutulan müdirinin cəzası azaldılıb
Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib
“Ramiz Tahirov polkovnikə mənfi xasiyyətnamə verib deyə veteran adı ala bilmir” - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 5 kq qızılı ölkəyə keçirmək istəyiblər
Torpaqların qanunsuz zəbt edilərək tikinti işlərinin aparılmasına şərait yaratmaqda təqsirləndirilən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər