İnsan ölümləri daha çox bu fəsildə baş verir
Far.Az xəbər saytı

İnsan ölümləri daha çox bu fəsildə baş verir


Yaz fəslində havaların isinməsi və atmosfer təzyiqinin dəyişməsi bəzi ürək-damar problemlərinin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Xüsusilə, yüksək  və aşağı qan təzyiqi, ürək çatışmazlığı və ürək ritm pozğunluqları olan insanlar bu dövrdə daha diqqətli olmalıdırlar.

BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, həkim-terapevtlər bildirirlər ki, gün ərzində temperaturun kəskin enib-qalxması damarların daralıb-genişlənməsinə təsir edir və bu, qan təzyiqinin qeyri-sabit olmasına səbəb ola bilər.  Eyni zamanda yazda polen və tozların artması tənəffüs yollarına təsir edə bilər. Bu isə qan dövranını çətinləşdirərək ürəyin yükünü artırır.

Həkim-terapevt Rasif Bağırov deyir ki, sözügedən xəstəlikdən əziyyət çəkən şəxslər yaz fəsli daxil olmamışdan qabaq profilaktik müalicəyə üz tutmalıdırlar.

O, əlavə edib ki,  temperatur artdıqca bədəndə maye itkisi artır. Bu, həm yüksək, həm də aşağı təzyiq problemi olan insanlara mənfi təsir edə bilər.

Oxşar xəbərlər

İnsan ölümləri daha çox bu fəsildə baş verir - XƏBƏRDARLIQ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Şok"a düşərək həyatını itirənlər - Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər