30 ildən sonra ilk ayaq izi: Sərhədin sıfır nöqtəsindən EKSKLÜZİV GÖRÜNTÜLƏR
Qazax rayonunun işğaldan azad edilmiş Xeyrimli kəndindən ilk görüntülər yayılıb. Sərhədlərin dəqiqləşdirilməsi nəticəsində Azərbaycanın nəzarətinə keçən kənddə illərdir tərk edilmiş evlərin qalıqları və dağıntılarla dolu mənzərə müşahidə olunur.
Far.Az AzTV-yə istinadla xəbər verir ki, Xeyrimli kəndi Qazax rayon mərkəzindən 24 kilometr məsafədə yerləşir. İşğala qədər burada 44 ev olub, lakin bu gün həmin evlərdən yalnız bir neçəsinin uçmuş divarları qalıb. Kəndin əsas hissəsi delimitasiya nəticəsində Azərbaycanın nəzarətinə qaytarılsa da, bəzi evlərin bir hissəsi hələ də sərhədin digər tərəfində qalır. Bu, vaxtilə qonşuluq prinsipləri ilə yaşayan insanların sonradan üzləşdiyi acı reallığın göstəricisidir.
Hazırda kənddə salamat qalan cəmi bir ev var, lakin ora getmək üçün yol mövcud deyil. 1992-ci il martın 12-də baş verən işğaldan sonra Xeyrimlidə demək olar ki, heç nə salamat qalmayıb. Vaxtilə 220 nəfərin yaşadığı kəndə bu gün ilk dəfə qədəm qoyan sakinlər duyğulu anlar yaşayıblar.
"70 yaşım var, buranın halına baxanda dəhşətə gəlirəm. Prezidentimizə, ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdaram ki, 30 ildən sonra bu torpağa ayağımı basmışam. Bunun adı qayıdışdır", - deyə kənd sakinlərindən biri bildirib.
Xatırladaq ki, Xeyrimli kəndi ərazisindən keçən, vaxtilə İcevan-Noyemberyan adlandırılan yol da delimitasiya zamanı Azərbaycana qaytarılıb. Ermənistan isə öz ərazisindən yeni yol və körpü inşa edərək hərəkəti oraya yönləndirib. Yeni çəkilmiş yol və körpü kəndin yaxınlığında görünür.
Yaxın zamanlarda Xeyrimliyə 81 ailənin, ümumilikdə isə işğaldan azad edilən dörd kəndə 690 ailənin köçürülməsi planlaşdırılır. Bu kəndlərdə aparılacaq bərpa və yenidənqurma işləri ilə sakinlər öz doğma yurdlarına qayıdacaqlar.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb













