"Şərurlu İsfəndiyar"ın oğlu bu ittihamla tutulub
Far.Az xəbər saytı

"Şərurlu İsfəndiyar"ın oğlu bu ittihamla tutulub


"Şərurlu İsfəndiyar" ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundovdan yeni xəbər var.

Far.Az Musavat.com-a istinadən xəbər verir ki, tikinti maqnatının oğlu Şahin Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 Məlumata görə  Şahid Axundov atasının biznesinə daxil olan çoxsaylı Mənzil Tikinti Kooperativlərindən(MTK) birinin sədri olub.

Qeyd olunur ki, Şahin Axundov sədri olduğu MTK-ya mənzil almaq üçün pul ödəmiş vətəndaşların şikayətləri əsasında tutulub.

Ona qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.

Şahin Axundovun sədri olduğu MTK-da bir mənzilin bir neçə nəfərə satılması iddiaları var. İstintaqın genişlənəcəyi, MTK-nın digər rəsmilərinin də istintaqa cəlb ediləcəyi də istisna deyil.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şərurlu İsfəndiyar: "Oğlum həbs edilməyib, yanımdadır"
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər