Kommunal xidmətlərin qiymətləri artacaq? - AÇIQLAMA
Əhalinin məişət xərclərinin önəmli bir hissəsini kommunal xərclər tutur. Ona görə də, bu xərclərin artımı daim maraq doğuran mövzulardan biri olur.
Bəs ölkədə kommunal xidmətlərin qiymətləri artacaqmı?
Far.Az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a açıqlamasında bildirib ki, kommunal xidmətlər sonuncu dəfə 2 yanvar 2025-ci ildə Tarif Şurasının qərarına uyğun olaraq artırılıb.
"Yəni hal-hazırda bilirsiniz ki, aprel ayındayıq və hər hansı bir artım barədə məlumatımız yoxdur. Düşünürəm ki, bu proses hər zaman ilin sonunda və ya əvvəlində aktuallaşır. Mövcud xidmətlər üzrə çəkilən xərclərə uyğun olaraq əgər kommunal xərclərin artımı baş verirsə, onun bölgüsü və vətəndaşlara düşən hər xidmət üzrə paylarda müvafiq dəyişikliklərin edilməsi Tarif Şurasının qərarından sonra qüvvəyə minir.
Bu istiqamətdə hər hansı bir yeniliyin, artımın olacağı barədə bir anons və yaxud da məlumat təqdim olunmayıb", deyə o, qeyd edib.
Onun fikrincə, ilk növbədə kommunal xidmətlərin səviyyəsini və keyfiyyətini artırmaq daha vacibdir, çünki hal-hazırda istər ümumi Bakıda istərsə də ayrı mənzil kommunal təsərrüfatlarında və yeni tikililər inşa edən MTK - MMC-lərdə hər hansı bir xidmət haqqının dəyişilməsi zərurətini görmürük:
"Düşünürəm ki, bütün hallarda ilk növbədə müasir dünya standartlarına uyğun şəkildə kommunal xidmətlərin göstərilməsinin təmin edilməsi ətrafında müzakirələrin aparılmasına ehtiyac var. Son günlər yağan yağış həcminin qarşısında bir sıra kommunal xidmətlərin dayanıqlı, keyfiyyətli xidmət ortaya qoya bilməməsi bu istiqamətdə müvafiq qərarların qəbulunu zəruri edir.
Köhnəlmiş, istismar müddəti keçmiş xətlərin yeniləri ilə əvəz olunması, habelə müasir standartlara cavab verməsinin təmin edilməsi və bu xidmətlərdən bütün ölkə əhalisinin, xüsusilə də Bakı şəhər əhalisinin istifadə etməsinin təmin olunması daha ciddi məsələlərdir nəinki bu xidmətlərin qiymətlərinin artırılması. Çünki keyfiyyəti yüksəltmədən xidmətlərin qiymətində olan artım böyük sosial narazılığa səbəb ola bilər. Bu da arzuolunan məsələ deyil".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













