Bakıda jurnalist işədüzəltmə adı altında vətəndaşın pulunu mənimsəyib - ŞİKAYƏT
Bakı şəhərində jurnalistin işədüzəltmə adı altında vətəndaşın pulunu mənimsədiyi iddia olunur.
Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a şəhər sakini Rüfət Mikayılov şikayət ünvanlayıb.
O bildirib ki, Fariz Faiq oğlu Vəliyev adlı şəxs ondan anasını işə düzəldəcəyini deyərək 1 500 manat məbləğində pul alıb, lakin işə düzəltməyib:
"Anam işlədiyi yerdə ixtisara düşdü. İşdən çıxarıldı. Bundan sonra ona iş axtarırdıq. Fariz Faiq oğlu Vəliyev anamı işə düzəldə biləcəyini dedi. Məndən 1 500 manat istədi. Ötən ilin dekabrın 8-10 aralığında onun kart hesabına 1 500 manat pul köçürdüm. Şərt kəsmişdim ki, işə düzəltməsən, verdiyim pulun ikiqatını geri alacağam. O, dediyinə əməl etmədi. Hər dəfə deyirdi, bu gün alınacaq, sabah düzələcək. Heç bir iş görmədi. Bir həftədən çoxdur, nömrəsinə zəng çatmır. Eşitdiyimə görə, jurnalist kimi fəaliyyət göstərir. Onun barəsində 26 saylı polis bölməsində şikayət ərizəsi yazmışam. Tez zamanda tapılıb verdiyim ödənişin geri qaytarılmasını istəyirəm".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda dəhşət: 15 il əvvəl anasını öldürmüşdü, həbsdən çıxıb bacısını qətlə yetirdi - TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













