Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalanıb.
Far.Az xəbər verir ki, imzalanmış sənədlər arasında "Azərbaycan Respublikasının Hökuməti və "Universal Solar Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "China Energy Overseas Investment Co. Ltd." şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi", "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "PowerChina Resources Limited" və "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)", Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında "Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması"na dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikasının Energetika Nazirliyi, "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti, "China Datang Overseas Investment Co. Ltd" və "PowerChina Resources Limited" arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu" yer alıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













