İtaliyada bağça müəllimi intim fotolarını satdığı üçün işdən qovulub
Far.Az xəbər saytı

İtaliyada bağça müəllimi intim fotolarını satdığı üçün işdən qovulub


İtaliyada 29 yaşlı Elena Maraga adlı bağça müəllimi intim foto və videolarını "OnlyFans" platformasında satdığı üçün işdən qovulub.

Far.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb. 

Hadisə Trevizo şəhəri yaxınlığında yerləşən katolik məktəbəqədər təhsil müəssisəsində baş verib.

Məlumata görə, valideynlər qadının böyüklər üçün nəzərdə tutulan kontenti paylaşdığı hesabını aşkarlayıblar. Səs-küy isə onlardan birinin Elena Maraganın şəkillərini "OnlyFans" üzərindən alaraq yerli futbol çatında paylaşmasından sonra yaranıb.

Bağçanın rəhbərliyi dərhal onunla əmək müqaviləsinə xitam verib və bu qərarı müəllimin fəaliyyəti ilə katolik dəyərlərinin uyğun gəlməməsi ilə əsaslandırıb. Elena isə bildirib ki, maddi çətinliklər səbəbindən bu platformada hesab açmağa məcbur olub. Onun aylıq maaşı cəmi 1200 avro təşkil edib ki, bu da italiyalı müəllimənin fikrincə, iqtisadi baxımdan qeyri-sabit həyat tərzinə səbəb olub.

Hadisə İtaliya cəmiyyətində müəllimlərin şəxsi həyatı və peşə etikası arasında sərhədlər mövzusunda geniş müzakirələrə səbəb olub. İtaliyanın Təhsil Nazirliyi artıq bu cür halların tənzimlənməsi üçün yeni etik kodeks hazırlamaq niyyətində olduğunu açıqlayıb.

Beş illik pedaqoji təcrübəsi və müvafiq ali təhsili olan Elena Maraga isə bu hadisədən sonra peşəsini dəyişmək qərarına gəlib və hazırda fitnes məşqçisi olmaq üçün hazırlıq keçir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər