Regional kollecdə yeni təyinatlar olub
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.
Bu barədə BAKU.WS Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.
O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi. Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetində "İngilis dili" ixtisası üzrə bakalavriat təhsilini başa vurub, 2022–2024-cü illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə magistr proqramını uğurla tamamlayıb. 2010–2024-cü illər ərzində Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, həmçinin Təhsil İnstitutunda çalışıb.
Aslan Quliyev Azərbaycan Dillər Universitetində "İngilis dili müəllimi" ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə "Təhsilin təşkili və idarə olunması" magistr proqramında təhsilini davam etdirir. 2017–2024-cü illər ərzində müxtəlif məktəb və liseylərdə pedaqoji və inzibati vəzifələrdə fəaliyyət göstərib. Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator və icraçı direktor, Avropa Azərbaycan Məktəbində isə tədris üzrə müdir müavini vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib













