Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Baş naziri, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel Şirkətlərin 2024-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, AİH-in idarəetməsinə verilmiş yeni portfel şirkətlər ("Azəralüminium" MMC, "Azərbaycan Alüminiumu" ASC və "Azərpambıq ASK" MMC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin yekun hesabatı və əsas praktik tövsiyələri, Birgə İnvestisiya Fondları çərçivəsində görülmüş işlər və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş hesabatı dinlənilib.
İclasın yekununda AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













