Kəmalə Ağazadə: "14 yaşlı qız yeddi aylıq hamilədir"
Far.Az xəbər saytı

Kəmalə Ağazadə: "14 yaşlı qız yeddi aylıq hamilədir"


"Sığınacağa yerləşdirilən yeniyetmələrdən biri, 14 yaşlı qız, yeddi aylıq hamilədir".

BAKU.WS xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, sığınacağa yerləşdirilən uşaqların yaş qrupları fərqlidir.

"Mart ayından sığınacağa qızlı-oğlanlı, ümumilikdə, 25 nəfərə yaxın uşaq və yeniyetmə yerləşdirilib. Yaş qrupları müxtəlifdir. 14 də var, 16 da, 17 də. Bu uşaqlar arasında seksual hərəkətlərə təhrik edilən, cinsi və fiziki zorakılığa məruz qalan, hətta hazırda hamilə olanı belə var.

Hamilə olan qızın 14 yaşı var, hamiləliyin yeddinci ayındadır. Yaşı az olduğuna görə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeydiyyata salmışıq, vəziyyəti tam nəzarətə götürülüb, müalicəsi aparılır.

Əlbəttə ki, bu faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və uşaqlarla psixoloqlar məşğul olurlar", - deyə K.Ağazadə bildirib.

Oxşar xəbərlər

MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər