Alimlər dünyanın sonundan sonra kimlərin sağ qala biləcəyini müəyyən ediblər
Yer kürəsi qlobal fəlakətə məruz qalsa belə, bəzi canlı növləri dünyanın sonunu problemsiz şəkildə adlaya biləcəklər.
Alimlərin araşdırmalarına görə, ekstremal mühitlərdə yaşayan bəzi canlılar yüksək dözümlülükləri sayəsində sağ qalacaqlar. Məsələn, sualtı hidrotermal mənbələrin yaxınlığında yaşayan Pompey qurdları 100 dərəcə Selsi temperaturuna və atmosfer təzyiqindən 600 dəfə artıq olan basqıya dözə bilir. Bu canlılar yüksək temperatur və toksik maddələrə qarşı qorunmaq üçün simbiyotik bakteriyalardan istifadə edir.
Bundan əlavə, təbiətdə möcüzəvi dözümlülüyü ilə tanınan tardiqradlar (sakitgəzənlər) ekstremal temperatur dəyişikliklərinə və insan üçün ölümcül səviyyədən min dəfə çox radiasiyaya davam gətirə bilir.
BAKU.WS xəbər verir ki, "Popular Science" jurnalının məlumatına görə, onlar anabioz halına keçərək onilliklərlə həyat funksiyalarını dondura bilirlər.
Araşdırmaya əsasən, ağac qurbağaları da sağ qala biləcək canlılar sırasındadır. Bu amfibiyalar qış mövsümündə tamamilə donur: qanları və daxili orqanları buz halına gəlir, ürəkləri dayanır. Lakin bahar gəldikdə, təbii krioprotektor rolunu oynayan qlükozanın köməyi ilə həyat funksiyaları yenidən bərpa olunur. Mütəxəssislər hesab edirlər ki, bu qurbağalar hətta çoxillik nüvə qışı şəraitində də sağ qala bilərlər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb













