"Qarabağ" Şehiçi geri qaytarır?
Far.Az xəbər saytı

"Qarabağ" Şehiçi geri qaytarır?


Heyətdəki qapıçıların heç birindən tam razı olmayan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov axtarışa çıxıb. Təcrübəli çalışdırıcı klub rəhbərliyindən yeni qolkiperin alınmasını istəyib.

Far.Az Futbolinfo.az-a istinadla xəbər verir ki, əsas qapıçı Mateus Koxalskiyə rəqabət yaradacaq birinə ehtiyac duyulur. Bunu bacarmayan Fabian Buntiçin mövsüm başa çatan kimi yola salınacağı dəqiqdir. Şahruddin Məhəmmədəliyev də zaman-zaman tam etibar ediləsi qapıçı olmadığını göstərib. Bu səbəbdən ağdamlılar daha səviyyəli legioner arayışındadırlar.

Əldə edilən dəqiq məlumata görə, "Qarabağ" sabiq qapıçısı İbrahim Şehiçi geri qaytarmaq istəyir. Artıq 36 yaşlı əlcək sahibinə ilk təklif göndərilib. Səudiyyə Ərəbistanının "Əl Xalej" klubunda çıxış edən bosniya və herseqovinalı "çərçivə" qoruyucusu da bu təklifə isti yanaşır.

Hazırda dəvətin rəsmi müraciətə çevrilməsi üçün vəziyyət araşdırılır. İki il öncə "Konyaspor"dan ərəb klubuna yollanan Şehiçin sərbəst qalması üçün nə qədər maliyyə lazım olduğu, futbolçunun özünün hansı maaşa razılaşacağı müzakirə edilir. Anlaşma əldə olunsa, İbrahim iki illik müqavilə ilə 2013-18-ci illərdə çıxış etdiyi "Qarabağ"a gələcək.

Oxşar xəbərlər

Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şahruddin Məhəmmədəliyev oktyabrda yaşıl meydanlara qayıdacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər