Koreyada meşə yanğını: 1200 nəfər təxliyə edilib
Far.Az xəbər saytı

Koreyada meşə yanğını: 1200 nəfər təxliyə edilib


Cənubi Koreyanın Daegu şəhərində başlayan meşə yanğını səbəbindən 1200-dən çox insanın təxliyə edildiyi bildirilib.

Far.Az xəbər verir ki, Koreya Meşə Xidməti tərəfindən yayılan açıqlamada qeyd olunub ki, yanğın yerli vaxtla saat 14 radələrində başlayıb və güclü küləklər səbəbindən iki saatdan az bir müddətdə təxminən 50 hektar ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün bölgəyə 26 helikopter və 202 yanğınsöndürən göndərilib. Rəsmi məlumatlara görə, hadisə nəticəsində xəsarət alan və ya həyatını itirən olmayıb.

Hazırda yanğının tam nəzarət altına alınması üçün işlər davam etdirilir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Cənubi Koreyada yanğınsöndürən helikopter qəzaya uğrayıb: 1 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər