Qərbi Azərbaycan Xronikası: Göyçə mühiti aşıqlarla yanaşı, görkəmli el şairləri də yetirib
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi şair-publisist, araşdırmaçı Qılman İman olub. O, Qərbi Azərbaycanda geniş vüsət alan aşıq yaradıcılığından, o cümlədən Göyçə aşıq məktəbindən söhbət açıb.
Bildirib ki, Qərbi Azərbaycan yalnız elm adamları, tarixi şəxsiyyətləri, qəhrəmanları ilə deyil, ozan aşıq sənətinin görkəmli nümayəndələri ilə də tanınıb. Həmin saz, söz, sənət adamları tarixən bu ərazilərdə yaşayıb-yaradıb, folklor nümunələrini nəsildən-nəslə ötürüblər.
Araşdırmaçının sözlərinə görə, Göyçə aşıq sənətinin dərin tarixi kökləri var. Dədə Qorquddan başlanğıcını götürən bu sənət, ənənə Ozan İbrahim, Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Şair Məmmədhüseyn, Aşıq Ələsgər, Ululu Kərim, Aşıq Nəsib, Aşıq Cəlil Dərələyəzli və digər saz-söz ustadları ilə daha da inkişaf edib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İcma: Qayıdışın təmin edilməsi üçün dövlətin atacağı bütün addımlarda fəal iştirak edəcəyik
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













