Zaqatalada 64 yaşlı kişi əvvəlcə 78 yaşlı həkimi, sonra özünü güllələyib - YENİLƏNİB - TƏFƏRRÜAT
Zaqatalada baş verən qətlin təfərrüatları məlum olub.
Far.Az-nın xəbərinə görə, uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfindən qızının evində qətlə yetirilib.
H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.
Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. Bu zaman H. Davudov özünə atəş açaraq intihar edib.
İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.
***
10.43
Avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Far.Az-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.
Araşdırma aparılır.
Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir. Məlumata görə, hadisə onun qızının evində baş verib.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zaqatalada 78 yaşlı kişi qətlə yetirilib
Zaqatalada 64 yaşlı kişi əvvəlcə 78 yaşlı həmyerlisini, sonra özünü güllələyib
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
-
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib













