Dövlət Məşğulluq Agentliyinin sədri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) olub.
S.Əliyev “Çovdar” qızıl mədənində hasilat, ÇİRES-də qiymətli metalların emalı, tullantıların idarə olunması prosesini izləyib, ənənəvi Topa qələviləşdirmə (HLP – Heap leach pad) üsulu ilə yanaşı, Çəndə qələviləşdirmə (CIL – Carbon in leach) texnologiyası ilə qiymətli metalların emalını həyata keçirən Çəndə Qələviləşdirmə Zavodunda yaradılmış əmək şəraiti ilə tanış olub.
Məlumat verilib ki, “AzerGold” fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda daimi iş yerləri yaradaraq, məşğulluğun artırılmasına, vətəndaşların tam təhlükəsiz, əlverişli əmək şəraiti ilə təmin edilməsinə davamlı töhfələrini verir. Hazırda Səhmdar Cəmiyyət və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin ümumi işçi sayının 1 000 nəfərə yaxın olduğu, uzunmüddətli podratçı şirkətlərlə bərabər yaradılmış iş yerləri sayının isə 2 400-ə çatdığı qeyd olunub. Cari il ərzində Daşkəsən rayonu üzrə 44 nəfər Agentliyin göndərişi əsasında “AzerGold” və onun podratçı şirkətlərində işlə təmin edilib.
İşə qəbul prosesində yerli sakinlərə, xüsusilə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına üstünlük verildiyi, onların bilik və bacarıqlarına uyğun olaraq, elektron qaydada, tam şəffaf, ədalətli şəkildə əmək fəaliyyətinə cəlb edildikləri diqqətə çatdırılıb. Bundan başqa, QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması istiqamətində Dövlət Məşğulluq Agentliyi ilə birgə layihə icra edildiyi, ucqar kəndlərdə yaşayan qadınlarla maarifləndirici görüşlərin təşkil edildiyi, onların özünüməşğulluq proqramları və digər əmək fəaliyyətlərinə yönəldildikləri qeyd olunub. Layihənin müsbət nəticələri fonunda bu istiqamətdə birgə əməkdaşlığın davam etdirildiyi bildirilib. Eyni zamanda, “AzerGold” QSC-nin inkişaf strategiyasına uyğun olaraq, layihələrin icrası dövründə yüzlərlə yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına böyük töhfələrin verilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Tanışlıq səfərindən məmnunluğunu ifadə edən DMA-nın İdarə Heyətinin sədri S.Əliyev “AzerGold” tərəfindən dağ-mədən sahəsində həyata keçirilən uğurlu fəaliyyətin qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatının inkişafı, xüsusilə Gəncə-Daşkəsən iqtisadi rayonunun sosial-iqtisadi tərəqqisi, əhalinin məşğulluğunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Oxşar xəbərlər
DMA sədri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real"ın kapitanı ciddi zədə alıb
-
Tramp: Bütün dünya ABŞ-a gülür
-
Azərbaycan millisi Avstraliya ilə qarşılaşacaq
-
Sabah 28 dərəcə isti olacaq
-
COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər - TƏHLİL
-
Lənkəranda avtomobil aşaraq hasara çırpılıb, ölən və xəsarət alanlar var