Yaradılışa erməni iddiası: Onlar özlərini niyə "Hay" adlandırır?
Ermənilərin özlərini "Hay" adlandırmaları sadə bir etnonimdən daha artıqdır.
Bu, qədim mifoloji sistemlərə bağlanan, Şumer-Akkad, Aymara-İnka və digər qədim sivilizasiyaların dünyagörüşündən mənimsənmiş bir anlayışdır. Şumer dilində "Enki" və "Eya", yəni "torpağın ağası" və "yaşayan varlıq" həyat, müdriklik və yaradılışla bağlı tanrıları simvolizə edir. Bu anlayışlar Aymara dilində "Hayu", Hindistanda "Haya", Çin dilində "xay", yəni "dəniz" ilə paralellik təşkil edir, İbranicə "Hay" "həyat", aramicə "Hayo" "canlı ruh" deməkdir.
İslamda isə "Al-Hayy" Allahın Əbədi Diri adı ilə "Quran"da keçir. Bu paralel və eyni kökdən gələn anlayışlar göstərir ki, "Hay" termini müxtəlif sivilizasiyalarda "həyatın mənbəyi", "ilahi başlanğıc" və "kosmik tarazlıq" ideyası ilə eyniləşdirilib.
Ermənilər isə bu sözə istinad edərək "Hayk" obrazı vasitəsilə öz mifologiyalarına kosmoqonik və ilahi dəyər yükləməyə çalışırlar. Halbuki bu ad ümumbəşəri arxetiplərin manipulyasiyası və mədəni mənimsəmə nümunəsidir.
"Qarabağ xronikası"nda bu dəfə məhz sözügedən mifoloji, linqvistik və dini oxşarlıqlar araşdırılaraq "Hay" anlayışının əsl mənşəyi və onun erməni mifologiyasındakı süni rolu ifşa edilib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













