Fatih Terimin qızı bu klubda çalışacaq
Far.Az xəbər saytı

Fatih Terimin qızı bu klubda çalışacaq


Türkiyənin məşhur futbol çalışdırıcısı Fatih Terimin qızı Merve Terim Çətin Amerikada futbol dünyasına fərqli baxış bucağı ilə daxil olub.

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o karyerasına "Orlando City Soccer" klubunda gənclər futbol liqasında menecer kimi işə başlayıb. Mervenin komandası "Palm Beach Classic" turnirində çempionluq kubokunu başı üzərinə qaldırıb.

Səkkiz ildir Amerikada yaşayan Merve Terim Çətin psixologiya təhsilini başa vurduqdan sonra futbola yönəlib. 

Məlumata görə, bu işdə Merve Çətinə oğlu Yaman böyük dəstək göstərib. 

Yamanın çıxış etdiyi "Orlando City Soccer" gənclər kateqoriyasındakı uğuru ilə seçilir və klub rəhbərliyi idarəçi vəzifəsi üçün Merve Terim Çətinə təklif edib. İdmana və uşaq inkişafına olan marağı ilə tanınan Çətin bu təklifi qəbul edərək futbol idarəçiliyinə addım atıb. Çətinin çalışdığı komandaya Kolumbiya, Argentina, İtaliya, Venesuela və Türkiyədən gənc istedadlar daxildir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər