Yaşmada dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb
Far.Az xəbər saytı

Yaşmada dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb


Keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.

Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Oxşar xəbərlər

Yaşmada dəniz kənarında 16 kq narkotik bağlaması aşkar olunub - FOTO
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Paytaxtda əməliyyat keçirilib, üç nəfərdə 24 kiloqram narkotik vasitə aşkarlanıb
Həftəsonu 50 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
İrandan Azərbaycana 7 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər