İrandan Azərbaycana 7 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Far.Az xəbər saytı

İrandan Azərbaycana 7 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO


Avqust ayının 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Far.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Külli miqdarda narkotikin dövriyyəsinin qarşısı alınıb
Avqust ayının pensiya ödənişi yekunlaşıb
Prezident Azərbaycanla Pakistan arasında imzalanmış sənədləri təsdiqləyib
Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətdən GÖRÜNTÜLƏR - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər