Bakının bu ərazisində nəhəng park salınır
Far.Az xəbər saytı

Bakının bu ərazisində nəhəng park salınır


Bakının Xətai rayonundakı mövcud "Sevgililər Parkı"nın ərazisi genişləndiriləcək.

BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat verib. Məlumata görə, parkın davamının dizayn layihəsi, konsept layihəsi hazırlanaraq təsdiq ediləcək.

Bundan əlavə, layihədə parkın davamının şəhərsalma əsaslandırılması, baş planı, memarlığı, elektrik təchizatı, yanğın siqnalizasiya, videomüşahidə və su və kanalizasiya sistemi, eləcə də parkın işıqlanması, parkda Wi-Fi sistemi və s. məsələlər öz əksini tapacaq. Bundan başqa, paytaxtda 5 ha ərazidə yeni salınacaq parkın da layihəsi hazırlanacaq.

Həmçinin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri aparılacaq.

Bildirilib ki, hazırda bununla layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

BŞİH layihələrin hazırlanmasını "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, layihələrin hazırlanması 3 milyon manata başa gələcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakıda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər