Bakı-Tbilisi-Bakı qatarı 28 maydan AÇILACAQ?
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr davam edir. Gürcüstan mediasında qatarın mayın sonunda yola çıxa biləcəyi barədə iddialar yayılıb.
İddiaya görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may-Azərbaycanın Müstəqillik Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.
Bildirilib ki, hələ dəqiq tarix müəyyən edilməyib.
Qeyd edək ki, məsələ ilə bağlı nə Azərbaycan, nə də Gürcüstan tərəfindən rəsmi açıqlama verilib.
BAKU.WS xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov vurğulayıb ki, Azərbaycan üçün prioritet dövlət və milli təhlükəsizlik məsələsidir:
"Bakı-Tbilisi-Bakı qatarı açılacaq. Lakin bunun vaxtı ilə bağlı dəqiq nəsə demək mümkün deyil. Milli təhlükəsizliyimiz hər şeydən önəmlidir. İqtisadiyyatımızla bağlı heç bir problem yoxdur. Yük avtomobilləri və qatarları fəaliyyət göstərir, sadəcə olaraq vətəndaşların quru yolu ilə gediş-gəlişi yoxdur. Burada yenə deyirəm bizim dövlət və milli təhlükəsizliyimiz hər şeydən önəmlidir".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır













