Mirvarid Dilbazinin qızı: "Efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb..."
Far.Az xəbər saytı

Mirvarid Dilbazinin qızı: "Efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb..."


Politoloq Vəfa Quluzadə mənim doğma xalam oğludur. Anam onu çox istəyirdi. Ona "atam-atam" deyirdi. Vəfa Quluzadə evlənəndə anam "Evimizə gəlin gəlir" şeirini yazdı. Sonralar bu şeirə Ağabacı Rzayeva mahnı bəstələdi. Biz uşaqlıqdan Vəfa ilə bir yerdə böyümüşdük. Onunla bacı-qardaş kimi idik. Vəfanın bir oğlu, bir qızı var idi. Oğlu ondan əvvəl rəhmətə getdi. Vəfa bu dərdə dözmədi. Bir müddət sonra dünyasını dəyişdi. Bu gün Vəfanın ailəsi ilə heç bir əlaqəm yoxdur. Allah ona qəni-qəni rəhmət etsin".

Far.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib.

"Anamın sözlərinə bəstələnmiş mahnılar çoxdur. Çıxıb efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb. Mənim nə yaşım var, nə də həvəsim onlarla mübarizə aparım. Elələri də var ki, tanınmayanda götürüb oxuyub, indi artıq "ulduz" olub. Mən istəsəm, onlara qadağan da edərəm. Amma bilirəm ki, nəticəsi, təsiri olmayacaq", - deyə o bildirib.

Xatirə Dilbazi bildirib ki, analı dünyası üçün çox darıxır: "Mən atasızlıq hiss etməmişəm. Anam ikinci dəfə ailə həyatı quranda mən artıq özüm də ana idim. Səməd Vurğun da deyirdi ki, Mirvarid, ailə həyatı qur, adına söz çıxararlar. O insanlara həmişə həsəd aparmışam ki, yaxşı valideynləri olub. Mənim də valideynlərim gözəl insanlar olub. Mən dünənə qədər dünyanı başqa rəngdə görmüşəm. Analı dünyam bir başqa olub", - deyə şairin qızı bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər