Belarus rəsmisi: Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal edəcəyik
Far.Az xəbər saytı

Belarus rəsmisi: Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal edəcəyik


Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal olunacaq.

"Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus bildirib.

"Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun tarixi ilə məşhurdur, ona görə də biz planlı və sistemli şəkildə işi davam etdiririk", - D.Pantus qeyd edib.

Onun sözlərinə görə, hazırda tərəflər Azərbaycan ərazisində hərbi təyinatlı məhsulların istehsalının təşkili üzrə birgə layihələri müzakirə edirlər.

"Bu iş davam edir və yaxın gələcəkdə Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsullarımız olacaq", - o vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər