ABŞ məhkəməsi Trampın tələbinə rədd cavabı verdi
Far.Az xəbər saytı

ABŞ məhkəməsi Trampın tələbinə rədd cavabı verdi


ABŞ-də apellyasiya məhkəməsi keçmiş prezident Donald Tramp administrasiyasının yüz minlərlə miqrantın müvəqqəti hüquqi statusunu ləğv etmək tələbinə rədd cavabı verib.

Far.Az xəbər verir ki, Newsweek jurnalının xəbərinə görə, Boston 1-ci Apellyasiya Məhkəməsi bu qərarı miqrant hüquqlarını müdafiə edənlərin ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə qarşı açdığı iddia əsasında verib.

Məhkəmə Bayden dövründə tətbiq olunan və Ukrayna, Əfqanıstan, Kuba, Haiti, Nikaraqua və Venesueladan olan şəxslərə ABŞ-də müvəqqəti sığınacaq imkanı verən proqramın ləğvinə icazə verməyib.

Qərarda ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yüz minlərlə insanın hüquqi statusuna son qoymaq cəhdinin qəbul edilmədiyi bildirilib.

Xatırladaq ki, Donald Tramp prezidentliyi dövründə sərt miqrasiya siyasəti ilə tanınıb. O, ABŞ-də doğulan miqrant uşaqlarına avtomatik vətəndaşlıq verilməsinin əleyhinə çıxmış, bu hüququ tanıyan Konstitusiyanın 14-cü əlavəsinin yenidən şərh edilməsini təklif etmişdi. Tramp həmçinin Meksika sərhədində təhlükəsizlik tədbirlərini gücləndirmək üçün əlavə 1500 əsgərin bölgəyə göndərilməsinə dair sərəncam imzalamışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan millisi Haitiyə məğlub olub
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ?- ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər