"Havhavhav" mahnısı ilə məşhurlaşan reper həbs olundu
Far.Az xəbər saytı

"Havhavhav" mahnısı ilə məşhurlaşan reper həbs olundu


"Havhavhav" mahnısı ilə qısa zamanda məşhurlaşan türkiyəli reper "Lvbel C5" (əsl adı - Süleyman Burak Bodur) həbs olunub.

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reper dünən axşam saatlarında mahnılarında narkotik istifadəsini təşviq etmək cinayəti işlətdiyi səbəbiylə ifadə vermək üçün Gebze rayon Polis Şöbəsinə çağırılıb.

İfadəsi alınan reper daha sonra Gebze Sülh Cəza Məhkəməsinə sövq edilib. Narkotikdən istifadəni təşviq etdiyi üçün 5 ildən 10 ilə qədər mühakimə olunan məşhur reper məhkəmə tərəfindən həbs edilərək Kandıra Həbsxanasına göndərilib.

Xatırladaq ki, o, musiqi karyerasına 2019-cu ildə "Drop" mahnısı ilə başlayıb. 2021-ci ildə yayımlanan "Ralli" mahnısı böyük hit olub və Türkiyə hit-paradlarında bir nömrəyə yüksəlib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər