İngiltərədə işdən çıxarılan qadın 52,854 manat təzminat əldə etdi
Far.Az xəbər saytı

İngiltərədə işdən çıxarılan qadın 52,854 manat təzminat əldə etdi


İngiltərədə "Dermalogica UK" şirkətində yarımştat çalışan Joanne Neill məzuniyyət günü "boşluqları aradan qaldırmaq" başlığı ilə onlayn görüşə dəvət edilib və həmin görüşdə işdən çıxarıldığını öyrənib. Neill bu qərara görə iş yerini məhkəməyə daşıyıb və ədalət uğrunda apardığı mübarizəni qazanıb.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, məhkəməyə sədrlik edən hakim Liz Ord şirkətin həm qərarının vaxtını, həm də tətbiq etdiyi üsulu qanunsuz sayıb. Hakimin sözlərinə görə, görüşün "boşluqları aradan qaldırmaq" adı ilə keçirilməsi Neill-ə neytral və zərərsiz bir proses kimi təqdim olunub və o, hazırlıqsız olub. Bundan əlavə, onlayn formatda keçirilən görüş işçinin insan resursları nümayəndəsi və ya həmkarından dəstək alma imkanını da məhdudlaşdırıb.

Hakim qərarda cinsiyyət ayrı-seçkiliyinin də olduğunu vurğulayıb. Qeyd edilib ki, qadınlar kişilərə nisbətən daha çox yarımştat işləyir və bu səbəbdən, belə tədbirlər qadınlara qeyri-mütənasib şəkildə təsir göstərir. Məhkəməyə görə, Neillin işdən çıxarılması onun iş saatları ilə əsaslandırılıb ki, bu da dolaylı yolla cinsiyyət ayrı-seçkiliyi təşkil edir.

Nəticədə məhkəmə "Dermalogica UK" şirkətini Joanne Neill-ə 24.042 funt sterlinq (təxminən 52,854 manat) təzminat ödəməyə məhkum edib. 

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər