"Neftçi" və "Zirə"nin futbolçuları 2 oyunluq cəzalanıb
Far.Az xəbər saytı

"Neftçi" və "Zirə"nin futbolçuları 2 oyunluq cəzalanıb


AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Qismət Alıyevi və "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu iki oyunluq cəzalandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Q.Alıyev Misli Premyer Liqasının XXXIII turunda "Turan Tovuz"la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Bakı klubu buna görə 1500 manat cərimələnib. 

E.Camalov isə "Kəpəz"lə görüşdə ciddi qayda pozuntusuna yol verdiyi üçün eyni halla üzləşib. "Ağ-qaralar" da eyni məbləği ödəməli olacaq. 

"Turan Tovuz" və "Sabah"a 700 manat cərimə kəsilib. Bölgə təmsilçisinin 4 futbolçusu "Zirə" ilə qarşılaşmada, "Sabah"ın isə eyni sayda oyunçusu "Araz-Naxçıvan"la matçda sarı vərəqə alıb. 

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
“Karvan”ın baş məşqçisi 5 oyunluq cəzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər