Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışıb
Bakıda 44 yaşlı avtobus sürücüsü sərnişini boğmağa çalışıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
76 saylı marşrut üzrə hərəkətdə olan avtobus dayanacağa daxil olub. Həmin vaxt dayanacaqda avtobus gözləyən sərnişinlərdən biri sürücüyə gec gəldiyi üçün irad tutub. Sürücünün sərnişinə kobud cavab verməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı sürücü sərnişinin ailə üzvlərini təhqir edib. Daha sonra sürücü sərnişini oturacaqdan qaldıraraq boğazından yapışıb və boğmağa çalışıb. Sərnişinlər onları ayırıblar.
Zərərçəkmiş sərnişin hadisə ilə bağlı polisə məlumat verib.
Sabunçu Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib və təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə sürücüyə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilib.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













