Bakı Olimpiya Stadionunun yaxınlığında 80 kubmetrdən çox yağış suyu təmizlənib
Far.Az xəbər saytı

Bakı Olimpiya Stadionunun yaxınlığında 80 kubmetrdən çox yağış suyu təmizlənib


Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsinin inşa olunduğu ərazidə drenaj sistemi qurulmadığından intensiv yağıntılar zamanı orada yağış suları yığılıb.

Bu barədə Far.Az-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, drenaj sistemi olmadığından həmin ərazidə yığılan suların axıb getməsi mümkün olmayıb və bu, suyun kənarlaşdırılmasında çətinlik yaradıb. Qeyd edilib ki, drenaj sistemi olmayan ərazilərdə müvafiq rayon sukanal idarələrinin xidmət göstərməsi çətinliklərlə müşayiət olunur.

Buna baxmayaraq, hazırda problemli ərazidən yağış sularının təmizlənməsi üçün Agentliyin texnikaları cəlb edilib və 80 kubmetrdən çox su ərazidən çıxarılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şağanda drenaj xətti çəkilir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər