Vatikanda kritik gün: Yeni Papa seçilməzdən əvvəl Müqəddəs Pyotr bazilikasında ayin keçirilib
Far.Az xəbər saytı

Vatikanda kritik gün: Yeni Papa seçilməzdən əvvəl Müqəddəs Pyotr bazilikasında ayin keçirilib


Papa Fransiskin vəfatından sonra Vatikanda matəm prosesi başa çatıb. Bu gündən etibarən dünyada 1,4 milyard katolikin yeni liderinin seçiləcəyi vacib mərhələyə start verilir.

Far.Az haber global-a istinadən xəbər verir ki, Papanın seçilməsi – yəni "konklav" öncəsi Müqəddəs Pyotr Bazilikasında xüsusi ayin keçirilib. Hazırda bütün diqqətlər 267-ci papanı müəyyən edəcək 135 kardinalın üzərində cəmlənib.

Bu gün günorta saatlarından etibarən kardinalların xarici dünya ilə bütün əlaqələri kəsiləcək. Vatikan ərazisində mobil rabitə siqnalları bağlanacaq. Bakı vaxtı ilə saat 17:00-da kardinalların tarixi Sistina Şapelinə yürüşü başlayacaq və burada onlar qapanaraq ilk səsverməni keçirəcəklər.

Dünyanın gözü Sistina Şapelin bacasından çıxacaq dumana dikiləcək: əgər tüstü qara olarsa, bu o deməkdir ki, yeni papa hələ seçilməyib; əgər ağ tüstü çıxarsa, yeni papanın adı müəyyən olunub deməkdir.

Bu gün keçiriləcək səsvermədən nəticə çıxmasa, kardinallar sabah da səsverməyə davam edəcəklər. Seçim tamamlanana qədər onlar dünyadan təcrid olunmuş şəkildə Vatikan ərazisində yerləşən qonaq evində qalacaqlar.

Qeyd edək ki, bir kardinalların arasından papanın seçilməsi üçün namizədin üçdə iki çoxluğun səsini alması tələb olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər