Ümit Özdağ xəstəxanaya yerləşdirildi
Far.Az xəbər saytı

Ümit Özdağ xəstəxanaya yerləşdirildi


Türkiyənin "Silivri" həbsxanasında cəza çəkən Zəfər Partiyasının sədri Ümit Özdağ səhhəti ilə bağlı xəstəxanaya aparılıb.

Far.Az xəbər verir ki, bu gün Ankara 26 saylı Ağır Cəza Məhkəməsində keçirilən iclasda iştirak etməyən Özdağla bağlı məlumatı məhkəmə sədri açıqlayıb.

Qeyd edək ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktına əsasən, 26 fevral 2020-ci ildə Türkiyə Böyük Millət Məclisində keçirilən mətbuat konfransında MİT əməkdaşlarının kimlik, vəzifə və fəaliyyətləri ilə bağlı məlumat verdiyi üçün Ümit Özdağ barəsində vəzifəsindən sui istifadə etməklə bağlı istintaq başladılıb.

O zaman millət vəkili olan Özdağın toxunulmazlığının ləğvi üçün 9 mart 2020-ci ildə sənəd tərtib edilib. 14 may 2023-cü il seçkilərində yenidən millət vəkili seçilmədiyi üçün ittiham aktı hazırlanıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər