Kolumbiyada sel və torpaq sürüşməsi: 5 nəfər həyatını itirib
Kolumbiyanın Antiokiya departamentinə bağlı Sabaneta qəsəbəsində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 5 nəfər həyatını itirib.
Yerli mediada yayılan məlumatlara görə, bir müddətdir davam edən intensiv yağışlar bölgədə sel və torpaq sürüşməsinə səbəb olub. Nəticədə 2 ev dağılıb və eyni ailədən bir neçə nəfər dağıntılar altında qalıb.
Yanğınsöndürənlərin uzun müddət davam edən axtarış-xilasetmə işləri nəticəsində 5 nəfərin meyiti tapılıb. Hadisə zamanı itkin düşən 2 nəfərin axtarışı isə davam edir.
Təbii fəlakət Medellin, Envigado, Itagüi və Dagran bölgələrində də bir sıra ailələrə zərər vurub. Təxliyə olunan sakinlər üçün müvəqqəti sığınacaq mərkəzləri yaradılıb.
Sabaneta Bələdiyyəsinin sədri Alder Kruz açıqlamasında torpaq altında neçə nəfərin qaldığının hələ dəqiq bilinmədiyini bildirərək deyib: "Yardım qurumlarımız bu fövqəladə vəziyyət üzərində işləyir. 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfərin meyiti Venancio Diaz Diaz xəstəxanasına aparılıb".
Antiokiya qubernatoru Andres Xulian Rendon isə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













