Süni intellekt onkoloji xəstələri müalicə proqnozlarına görə qruplaşdırmağı öyrəndi
Weill Cornell Medicine Tibb Mərkəzi və Regeneron şirkətinin alimləri süni intellekt əsasında yeni alət hazırlayıblar. Bu texnologiya xərçəng xəstələrini oxşar xüsusiyyətlərinə və gözlənilən müalicə nəticələrinə əsasən dəqiq şəkildə qruplaşdırmağa imkan verir. Alət həm fərdi terapiya seçimlərini asanlaşdıracaq, həm də klinik sınaq qruplarının formalaşdırılmasında istifadə oluna bilər.
Far.Az ferra.ru-ya istinadən xəbər verir ki, yeni metod maşın öyrənməsi texnologiyasına əsaslanır və 3200-dən çox kiçikhüceyrəli ağciyər xərçəngi olan xəstənin anonimləşdirilmiş məlumatları üzərində sınaqdan keçirilib. Sistem qan göstəriciləri, diaqnoz, şişin mərhələsi və digər faktorları təhlil edərək xəstələri üç əsas qrupa ayırıb. Bu qruplar müalicədən sonrakı gözlənilən ömür uzunluğu ilə fərqlənirdi.
Ən yaxşı nəticələr göstərən qrupda daha çox qadınlar yer alıb və şəkərli diabet, ürək çatışmazlığı kimi əlavə xəstəliklər daha az qeydə alınıb. Ən zəif proqnozlu qrupda isə əsasən çoxsaylı metastazları olan, qaraciyər və böyrək problemləri yaşayan kişilər üstünlük təşkil edib. Bu qrupda ömür uzunluğu ilk qrupla müqayisədə yarıbayarı az olub.
Sistem daha sonra böyükhüceyrəli ağciyər xərçəngi olan xəstələr üzərində də sınaqdan keçirilib və nəticələr eyni səviyyədə etibarlı çıxıb. Bu, metodun ümumiləşdirilə biləcəyini göstərir.
Oxşar xəbərlər
Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb













