OpenAI BƏƏ-də Monakodan böyük süni intellekt mərkəzi qurur
OpenAI Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə dünyanın ən böyük data mərkəzlərindən birini inşa etməyi planlaşdırır. Sahəsi 25 kvadrat kilometr olacaq bu mərkəz Monakonun ümumi ərazisindən də böyükdür.
Far.Az xəbər verir ki, yeni mərkəz süni intellekt üçün infrastrukturun inkişafını nəzərdə tutan genişmiqyaslı Stargate layihəsinin bir hissəsi olacaq. Məlumata görə, data mərkəzinin enerji tələbatı beş nüvə reaktorunun gücünə bərabər olacaq.
Layihə OpenAI ilə BƏƏ-nin texnologiya şirkəti G42 arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Yeni mərkəz ABŞ-nin Texas ştatında tikilməkdə olan ilk OpenAI data mərkəzini də geridə qoyacaq. Belə ki, Texasdakı mərkəzin gücü 1,2 giqavat təşkil etdiyi halda, Əbu-Dabidəki kompleksin gücü 5 giqavat olacaq.
OpenAI ilə BƏƏ arasındakı əməkdaşlıq 2023-cü ildən başlayıb. Lakin layihə müəyyən çətinliklərlə də üzləşib. Belə ki, G42 şirkəti ABŞ-ın qara siyahısında olan bəzi qurumlarla əlaqədə ittiham olunub və bu, Amerika qanunvericilərinin narahatlığına səbəb olub. Cavab olaraq G42 şirkəti Çindəki investisiyalarını dayandırdığını açıqlayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













