Bakıda sərxoş sərnişin avtobusun şüşəsini sındırdı - ANBAAN GÖRÜNTÜLƏR
Far.Az xəbər saytı

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini sındırdı - ANBAAN GÖRÜNTÜLƏR


Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 17-si saat 22:25 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Belə ki, orta yaşlı şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb.

Həmin şəxs avtobusdan düşərək heç nə olmamış kimi yoluna davam edib.

Məsələ ilə bağlı DİN-in "102" xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Hadisə anının görüntülərini təqdim edirik:

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər