Ötən həftə 1291 ha ərazi minalardan təmizlənib
Far.Az xəbər saytı

Ötən həftə 1291 ha ərazi minalardan təmizlənib


Azad olunan ərazilərdə mayın 12-dən 18-nə qədər 23 tank əleyhinə mina, 36 piyada əleyhinə mina, 377 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1291.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər